AZ

"A - Group Insurance Company" işçi axtarır - VAKANSİYA

A - Group Insurance Company

Əməliyyatlar və müştəri xidmətləri üzrə kiçik mütəxəssisi

Son tarix 05 apr 2025 - [email protected]

Vəzifə öhdəlikləri

  • Sığorta müqaviləsinin və ona əlavələrin buraxılması üzrə:
  • Satış departamentindən daxil olan və standart şərtlərə cavab verən sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
  • Anderraytinq və təkrarsığorta şöbəsi tərəfindən təklif verilmiş və müştəri tərəfindən qəbul edilmiş təkliflər üzrə sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
  • Sığorta müqaviləsi (və əlavəsi) üzrə tələb olunan sənədlərin tamlığını yoxlamaq.
  • Sığorta müqaviləsinə xitam verilməsi üzrə:
  • Sığorta müqaviləsinə xitam üzrə sığortalının müraciətlərini qiymətləndirmək;
  • Sığortalı tərəfindən sığorta müqaviləsinin tələblərinin pozulduğu halları müəyyən etmək;
  • Sığorta müqaviləsinə xitam barədə sığortalıya yazılı bildiriş ünvanlamaq;
  • Sığorta müqaviləsinə xitam zamanı sığortalının sığorta haqqını ödəyib-ödəmədiyi və baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilib verilməməsi barədə məlumatları müvafiq struktur bölmədən əldə etmək;
  • Sığorta müqaviləsinə xitam barədə razılaşma/akt tərtib etmək;
  • Xitam zamanı sığortalıya qaytarılacaq məbləği daxili normativlərin tələbinə uyğun hesablamaq;
  • Sığorta müqaviləsinə xitam barədə razılaşmanın imzalanmasını təmin etmək.
  • Cəmiyyətin fəaliyyət göstərdiyi sığorta növləri üzrə sığorta qaydaları haqqında məlumatlı olmaq;
  • Debitor borcun olması barədə sığortalıların məlumatlandırılması üzrə məktubları hazırlamaq.

Tələblər:

  • Ali təhsili;
  • Sığorta sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
  • MS Office proqramlarını yaxşı bilmək.

İş şəraiti:

  • Əmək haqqı: 600 azn
  • Qrafik 5-günlük, 09.00-18.00
  • Könüllü tibbi sığorta qarşılanır.

Maraqlanan şəxs, mövzuda “Əməliyyatlar və müştəri xidmətləri üzrə kiçik mütəxəssisi” qeyd etməklə, CV-ni email ünvanına göndərə bilər.

Seçilən
17
fed.az

1Mənbələr