AZ

Gecələr yatağınızın yanında su saxlayırsınızsa, diqqət! Bu xəstəliyin xəbərçisidir

Gecələr yatağınızın yanında su saxlayırsınızsa, diqqət!

Çox su içmək bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Xüsusilə gecələr suya ehtiyacın artması şəkərli diabetin erkən əlamətlərindən biri ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diabetin təhlükəli cəhətlərindən biri onun illərlə simptomsuz irəliləməsidir. Xüsusilə 2-ci tip diabet gizli şəkildə inkişaf edə bilər. Lakin gecə tez-tez sidiyə çıxma və daimi susuzluq diabetin erkən siqnalları hesab olunur.

Qanda şəkər səviyyəsinin artması böyrəkləri həddindən artıq yükləyir və sidikdə qlükozanın toplanmasına səbəb olur. Bu, maye itkisini artırır və orqanizmin daha çox su tələb etməsinə gətirib çıxarır.

Diabetin digər əlamətləri

- Bulanıq görmə

- Genital bölgədə qaşınma

- Sağalmayan yaralar

- Kişilərdə cinsi zəiflik

- Qadınlarda yorğunluq, sızanaqlar və hormonal pozuntular

Həkimə nə zaman müraciət etməli?

Gecələr suya ehtiyacın artması, tez-tez sidiyə getmə, yorğunluq və çəki dəyişiklikləri müşahidə olunursa, mütləq həkimə müraciət edərək qan şəkərini yoxlatmaq lazımdır. Erkən diaqnoz diabetin ağır fəsadlarının qarşısını almağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
41
e-saglam.az

1Mənbələr