AZ

"Aqroman" işçi axtarır - VAKANSİYA

Aqroman

Smeta mühəndisi

Son tarix 05 apr 2025 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil(İnşaat və əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis arzu olunandır;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
  • AutoCAD-dan yüksək səviyyədə istifadə etmək bacarığı.
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;

Vəzifə Öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Eskizə və ya  Layihəyə əsasən iş həcimlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;

Araşdırma və sistemləşdirmə:

  • Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparır, alınan məlumatları sistemləşdirir;
  • İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər verir;
  • Smetların tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərinin müəyyən edir.

Sənədləşmə:

  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak edir;
  • Görülmüş işlər üzrə aktların tərtib edilməsində iştirak edir;
  • Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlayır.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Bakı şəhər Nəsimi rayonu, Eldar Tağızadə küçəsi 18A.
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Seçilən
24
fed.az

1Mənbələr