AZ

"Garb Group MMC" işçi axtarır - MAAŞ 500-5000 MANAT - VAKANSİYA

Garb Group MMC

Ərazi üzrə Satış Meneceri

Son tarix 05 apr 2025 - [email protected]

İş barədə məlumat:

  • Şirkətimiz artıq 16 ildən çoxdur ki dünyanın bir çox ölkəsinin istehsal etdiyi stomatoloji məhsulların və cihazların Azərbaycan bazarında satışı ilə məşğuldur
  • Müştərilərimiz stomatoloqlardır (diş həkimləri)
  • Məhsullar haqqında məlumat yığmaq və həkimlərə düzgün/dolğun informasiya verə bilmək
  • Həkimlərlə yüksək səviyyədə xoş ünsiyyət və dostluq münasibətləri yaradaraq satışın həyata keçirilməsi
  • Həkimlərin ehtiyaclarının müəyyənləşdirilməsi
  • Bazar araşdırması
  • İş saatları: 09:00-dan 18:00-dək
  • İstirahət günü: həftədə 1 gün
  • Qanunvericiliyə uyğun olaraq rəsmi qaydada sənədləşmə
  • Əmək haqqı rəsmi olaraq 500 AZN + satışdan % (500-5000 AZN)
  • Şirkət Nəriman Nərimanov rayonunda yerləşir (Mirzəbala Məmmədzadə 24)
  • CV-də foto mütləqdir! Foto olmayan CV-lərə baxılmayacaq !

Namizədə tələblər:

  • Satış təcrübəsi 1 ildən yuxarı olmağı mütləqdir !
  • Satış etməkdən zövq almalı !
  • 24-40 yaş aralığında XANIM və BƏY namizədlər
  • Günlük plan üzrə ticarət nöqtələrinə ziyarəti həyata keçirmək
  • Müştəri qazanmaq qabiliyyəti
  • Bakı şəhərini yaxşı tanımalı
  • Azərbaycan dilində səlis danışmalı (Rus dili arzu olunandır)
  • Səlis və aydın nitq ilə təqdimat bacarığı
  • İş prosesində rəhbərliyin verdiyi tapşırıqları vaxtında və lazımi qaydada icra etmək
  • Şirkət daxilində müntəzəm olaraq keçirilən təlimlərdə iştirak etmək
  • İşə çox ciddi yanaşmalı və iş məsuliyyətini tam dərk etməli

QEYD: Ərazi üzrə satış təcrübəsi olan şəxslərə daha çox üstünlük veriləcəkdir

Qeyd edilən göstəricilərə tam uyğun olan namizədlərdən öz CV-lərini “Ərazi üzrə Satış Meneceri” başlığı altında Müraciət Et butonunda yerləşən email ünvanına göndərmələri xahiş olunur.

Seçilən
23
fed.az

1Mənbələr