AZ

Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir

Ankara, 5 mart, AZƏRTAC

Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxış edərkən söyləyib.

“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - deyə Türkiyə Lideri vurğulayıb.

Seçilən
85
8
azertag.az

10Mənbələr