AZ

Oyunçunun yaşını saxtalaşdıran klub bu şəkildə cəzalandırıldı

Boliviya Futbol Federasiyasının İntizam Komitəsi futbolçunun yaşını saxtalaşdırdığı üçün yerli "Avrora" klubunu cəzalandırıb.

Fanat.Az "TyC Sports"a istinadən xəbər verir ki, araşdırma nəticəsində "Avrora”nın hücumçusu Qabriel Montanyonun adının əslində Dieqo Montanyo olduğu üzə çıxıb.

Sözügedən oyunçunun yaşının sənəddəki kimi 20 deyil, 25 olduğu müəyyənləşib.

Nəticədə klubun 33 xalı silinib. Həmçinin futbolçu 2, klubun prezidenti Xayme Kornexo isə 3 illik diskvalifikasiya edilib. 

Montanyo klubda 21 matça çıxaraq 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komanda ötən mövsümü 48 xalla dördüncü pillədə bitirib. Məlum insindentə baxmayaraq, ötən çempionatının nəticələri dəyişməz qalacaq.

Seçilən
37
fanat.az

1Mənbələr