Bakı. Trend:
Avstraliyanın Kuinslənd ştatına yaxınlaşan “Alfred” siklonuartıq hava və yerüstü nəqliyyat sistemini qismən iflic edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, “Jetstar”, “Qantas” və “Virgin Australia”aviaşirkətləri 22 reysi təxirə salıblar.
Məlumata görə, Brisben yaxınlığında yerləşən Qold-Kost havalimanı isə ümumiyyətlə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.Hava şəraiti ilə əlaqədar dəyişikliklər eyni zamanda yerüstünəqliyyata təsir göstərib.
Kuinslend ştatının inzibati rəhbəri Devid Krisafulli sakinləriöz evlərini “siklonun zərbəsinə” hazırlamağa çağırıb.