AZ

FİFA “Sabah”ın futbolçusunun millimizdə oynamasına İCAZƏ VERDİ

“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan milli komandasında çıxış etmək üçün FİFA-dan icazə alıb. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqustunda paytaxt komandasına transfer olub və yerli futbolçu kimi qeydiyyatdan keçib.

Lakin Quliyev vətəndaşlığını dəyişməkdən əlavə, Azərbaycanın “idman vətəndaşlığı”nı da almalı idi.

İlyarımdan sonra FİFA yarımmüdafiəçinin Azərbaycan millisində oynamasına razılıq verib. Belə ki, Fernandu Santuş dəvət edərsə, Ayaz Quliyev milli komandamızda çıxış edə biləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
21
2
bizim.media

3Mənbələr