AZ

"Bəlkə biz istefa verdik, bilmək olmaz" - Azər Bağırov

"Kəpəz" Misli premyer-liqasının evdə keçirilən 25-ci tur matçında "Neftçi"yə qalib gəldi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Son oyunlarda xeyli qol epizodu yaratsaq da, hamısını dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Hər iki kubok matçında "Neftçi"yə uduzmağımıza baxmayaraq, futbolçuları bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, üç xal qazandıq.

- Kərim Lkoça iki fürsəti əldən verəndə hansı hissləri keçirdiz?
- Bu barədə fikirləşmirəm. Futboldu. Qol vura da bilər, vurmaya da. Təbii ki, alınsa, daha yaxşı olardı.

- "Sumqayıt"ın son 11 matçda qol vura bilməməsi "Kəpəz"lə oyuna necə təsir edə bilər?
- Mənfi amillər bizdə daha çoxdu. "Sumqayıt" evdə oynayacaq. Heyətindəki futbolçuların sayı daha çoxdu. Bu komandada Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.

- Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu da gözləyə bilər?
- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefa verdik, bilmək olmaz.

KƏNAN BAHADIR

Seçilən
51
football-plus.az

1Mənbələr