Masallıda 41 yaşlı qadın qonaq gəldiyi ata evində ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
1984-cü il təvəllüdlü Şəlalə Məhərrəmli atası Bəhrəm Məlikovun evində olan zaman qəflətən ölüb.
Faktla bağlı araşdırma aparılır.