AZ

“Ordu”nun baş məşqçisi: “Ciddi problemlər yaşadıq”

“Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün aparıcı oyunçularımızın fəallığı ilə yaxşı nəticə qazanmaq istəyirdik".

Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XVI turunda "Ordu"ya 74:89 hesablı məğlubiyyəti şərh edib:

“Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bizim günümüz deyildi. Əvvəla biz atışlarda çox zəif təsir bağışladıq. Demək olar ki, təşkil etdiyimiz hücumlarda topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq. Digər tərəfdən onlar bu gün "Pick and Roll" vəziyyətlərindən daha yaxşı istifadə etdilər. Bu iki səbəbə görə biz oyunda uduzduq. Artıq bu oyunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.

 

NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu

Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb

ABL: XVI tura 2 oyunla yekun vurulacaq

Tahir Baxşıyev: “Əgər ilk üçlükdə olmaq istəyirsənsə…”

“Şəki” yeni transferini açıqlayıb

Seçilən
28
apasport.az

1Mənbələr