
Pentaqona Ukraynaya bütün hərbi yardımı dayandırmaq barədə göstəriş verilib.
Reyting.az-ın məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi TASS-ın Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatı verib-vermədiyini aydınlaşdırmaq üçün sualına cavabında deyib.
Daha əvvəl “Sky News” nəşri ukraynalı mənbəyə istinadla yazıb ki, ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsini dayandırıb.
TASS-ın bu məsələ ilə bağlı sualına ABŞ hərbi rəsmisi belə cavab verib:
“Bazar ertəsi saat 18:00-da ABŞ Müdafiə Nazirliyinə Ukraynaya bütün yardımları, o cümlədən tranzitdə olan yardımları dayandırmaq əmri verildi”.
O, başqa təfərrüatları açıqlamayıb.
Pentaqon bu dayandırmanın kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsinə aid olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala hələ cavab verməyib.
E. KAMAL