AZ

Təyyarə biletlərinin qiyməti artdı



“Fly Arystan” aviadaşıyıcısı biletlərin qiymətini süni şəkildə artırıb,

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi məlumat yayıb. Təyyarə biletinin qiyməti bron zamanı avtomatik olaraq gizli əlavə ilə artır.

Agentliyin məlumatına görə, şirkət əməliyyat haqqı tutaraq aviabiletlərin qiymətini artırıb.

"Bu, "damcılı qiymət" adlanır ki, bu da qiymətin cüzi artımı deməkdir. Prinsipcə, bu, Avropa qanunvericiliyi ilə tamamilə qadağandır. Biz bu faktları müəyyən edib, antiinhisar qanunvericiliyinə əməl olunması ilə bağlı aviadaşıyıcıya bildiriş göndərmişik",-deyə Agentlik bildirib.

Anar Əliyev
Seçilən
31
newscenter.az

1Mənbələr