
Bəzi qidaların birlikdə istehlak edilməsi enerji səviyyəsini artırır və orqanizmi daha canlı saxlayır.

E-saglam.az xəbər verir ki, İbn Sinanın min illər əvvəl tövsiyə etdiyi və bu gün də təsiri elmi cəhətdən sübut olunan bəzi qidalar xüsusilə diqqət çəkir.
Şokolad – Endorfin hormonlarının ifrazını artırır və ürək-damar sağlamlığını dəstəkləyir.
Banan – Kaliumla zəngindir, enerji verir və əzələ inkişafını dəstəkləyir.
Çiyələk – Qan axınını sürətləndirən antosiyaninlə zəngindir, canlılığı artırır.
Küncüt və kətan toxumu – Enerjini artırır, orqanizmi gücləndirir.
Bal – Bol B vitamini ilə bədənə enerji verir.
Zəncəfil – Qan dövranını yaxşılaşdırır, damarları açır.
Fındıq – E vitamini ilə ürək və damar sağlamlığını dəstəkləyir.
Vanil – Stresi azaldır, immuniteti gücləndirir.
Qəhvə – Kofein sayəsində qan dövranını sürətləndirir, enerjini artırır.
Karob – Ürək-damar sağlamlığını qoruyur və fertiliteyi artırır.
Qulançar – Bədəndən toksinləri xaric edir, qocalmanı gecikdirir.
Bu qidaları balanslı şəkildə rasiona əlavə etmək sağlam və enerjili həyat tərzinə töhfə verə bilər.
Tərcümə: Könül Oruc