AZ

Benzemadan ''Real'' ilə bağlı etiraflar

Uzun illər ''Real''ın şərəfini qorumuş və bu klubun əfsanələrindən birinə çevrilmiş Kərim Benzema son açıqlaması ilə diqqət çəkib.

2022-dən bu yana Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-İttihad''ın şərəfini qoruyan 37 yaşlı fransalı ulduz ''Real''dan ayrıldığı dönəmlə bağlı maraqlı etiraflar edərək bunları deyib:

''Madridi tərk etmək qərarımın üzərində çox düşündüm. Yekun qərarı verən kimi birinci Florentino Peresə zəng vurdum. Bu, onun üçün gözlənilməz oldu və əvvəlcə qərarımı anlamadı. Amma ona dedim ki, Vinisius ilə Rodriqo artıq klubu böyük qələbələrə daşımağa tam hazırdı. ''Real''ı həmişə zirvədə tərk etmək istəyirdim və bu arzuma çatdım. Nə üçün məhz Səudiyyə Ərəbistanı? Çünki ''Real''a qarşı oynamaq istəmədim''.

Qeyd edək ki, Benzema 2009-22-ci illərdə şərəfini qoruduğu ''Real''da 647 oyun keçirərək 353 qol vurub. O, Kriştiano Ronaldodan (450) sonra klub tarixinin ən məhsuldar ikinci oyunçusu statusundadı.

ƏLİ
Seçilən
43
football-plus.az

1Mənbələr