AZ

“ABŞ girovları azad etmək üçün HƏMAS ilə birbaşa danışıqlar aparır” – “Axios”


“ABŞ Prezidenti Donald Tramp administrasiyası HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün yaraqlılar ilə birbaşa danışıqlar aparır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” danışıqların gedişi ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqlara ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Behler rəhbərlik edib. Onunla HƏMAS nümayəndələri arasında görüşlər son həftələrdə Dohada baş tutub.
Nəşrin mənbələrinin bildirdiyinə görə, danışıqlarda amerikalı girovların azad edilməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda digər girovların da azad edilməsi, eləcə də “uzunmüddətli barışıq” əldə olunması məsələsinə toxunulub.
“Axios” danışıqları “görünməmiş hadisə” adlandırır, çünki ABŞ bundan əvvəl heç vaxt birbaşa olaraq HƏMAS-la işləməyib. Vaşinqton 1997-ci ildə qruplaşmanı terrorçu elan edib.
Qeyd edilib ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff da bu həftə Dohaya getməyi planlaşdırırdı, lakin HƏMAS-ın mövqeyinə görə danışıqlarda heç bir irəliləyiş görmədiyi üçün səfəri ləğv etdi.
Seçilən
37
18
yeniavaz.com

10Mənbələr