AZ

Nəsimi rayonunda su PROBLEMİ… VİDEO

Nəsimi rayonunda insanlar 15 gündür ki, içməli su sarıdan əziyyət çəkdiklərini deyirlər.

Xezerxeber.az-ın xəbərinə görə, Mirəli Qaşqay küçəsi 68 ünvanının sakinləri sözün həqiqi mənasənda bir damcı suya həsrətdirlər. Bildirirlər ki, su problemləri günlərdir davam edir.

Sakinlər məsələdən aidiyəti qurumun, yəni İri Şəhərlərin Birlmiş Su təchizatı xidmətinin məlumatlı olduğunu bildirirlər. Amma nədənsə, dərdlərinə çarə tapan yoxdur.

Məsələ ilə bağlı  İri Şəhərlərin Birlmiş Su təchizatı xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, qarın intensiv yağması su təchizatında bu və digər dərəcədə problemlər yaradıb. Müvafiq sukanal idarələri məhz həmin problemlərin aradan qaldırılması işlərini intensiv və fasiləsiz şəkildə həyata keçirirlər. Həmin ünvana su verilir, əgər abonentlərin mənzillərinə gəlib çatmırsa, ola bilsin xətdə nəsə tutulma var. Qəza xidmətinin əməkdaşları vəziyyətlə yerində maraqlanmaq və araşdırmaq üçün əraziyə gedəcəklər, problemi aradan qaldıracaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
46
xezerxeber.az

1Mənbələr