"Barselona"nın qapıçısı Voytsex Şensnı oğlunun yaxın vaxtlaradək "Real Madrid"ə azarkeşlik etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Barça One" onun sözlərini belə çatdırıb:
"Oğlum "Real" azarkeşi idi. O, üzərində Kriştianu və Mbappenin şəkilləri olan kartları görəndə sevinirdi. İndi isə Lamin Yamal və Rafinyanın kartlarını çıxaranda daha çox şad olur".
Xatırladaq ki, ötən ilin yayında karyerasını bitirdiyini açıqlayan Şensnı oktyabrın 2-də futbola qayıdaraq "Barselona" ilə 1 mövsümlük müqavilə bağlayıb.
Nihat