AZ

Trampı yalançı adlandırdı

Panama Prezidenti Xose Raul Mulino amerikalı həmkarı Donald Trampı ABŞ-nin Panama kanalına nəzarəti bərpa etməyə başladığını dediyi üçün yalançı adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Panama lideri bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Prezident Tramp yenə yalan danışır. Panama kanalı kiminsə nəzarətinə keçmək prosesində deyil, nə də ki, ABŞ dövlət katibi Marko Rubio və ya başqası ilə söhbətlərimizdə bu, müzakirə olunmayıb”, - Panama lideri bildirib.

Mulino Panama və ABŞ hökumətləri arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələlər üzrə dəqiq razılaşmalara əsaslandığını vurğulayıb.

"Cebheinfo.az" 

Seçilən
65
8
cebheinfo.az

10Mənbələr