AZ

Boliviyada futbolçunun yaşını saxtalaşdıran kluba ağır cəza verildi

Bakı. Trend:

Boliviya Futbol Federasiyasının İntizam Komitəsi futbolçununyaşını saxtalaşdırdığı üçün “Aurora” klubunu yeni mövsüm ərəfəsində33 xal silmə cəzasına məruz qoyub.

Trend yerliKİV-lərə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində“Aurora”nın hücumçusu Qabriel Montanyonun əslində Dieqo Montanyoolduğu və qeyd edildiyi kimi 20 deyil, 25 yaşında olduğu müəyyənedilib.

Bu saxtakarlığa görə futbolçu 2 il, klubun prezidenti XaymeKornexo isə 3 il müddətinə diskvalifikasiya olunub.

Klubun yeni rəhbərliyi federasiyanın qərarına etiraz edəcəyiniaçıqlayıb.

Seçilən
45
az.trend.az

1Mənbələr