AZ

"Brent" neftinin qiyməti sentyabrdan bəri ilk dəfə 69 dollardan aşağı düşüb

Bakı. Trend:

Londonun ICE birjasında 2025-ci ilin may ayı üçün "Brent"markalı neftin fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 10-dansonra ilk dəfə bir barel üçün 69 dollardan aşağı enib.

Trend xəbər verirki, birjanın məlumatına əsasən, Bakı vaxtı ilə saat 19:39-da"Brent" markalı neftin qiyməti 2,91% ucuzlaşaraq 68,97 dollarolub.

Saat 19:55-də isə "Brent" fyuçersləri 3,07% azalaraq 68,86dollar səviyyəsinə düşüb.

Eyni zamanda, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti3,63% enərək 65,78 dollar təşkil edib.

Seçilən
51
2
az.trend.az

8Mənbələr