AZ

DÇ-2026-da ilk yaşanacaq

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının finalının fasiləsində ilk dəfə şou olacağını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib:

“İlk dəfə Dünya Kubokunun Final Fasilə Şousu Nyu Cersidə keçiriləcək. Bu, turnir üçün tarixi bir an və dünyanın ən böyük idman tədbirinə layiq şou olacaq”.

O, həmçinin bildirib ki, FİFA dünya çempionatının son günlərində, bürünc və final görüşləri zamanı Tayms meydanında tədbir keçirməyi planlaşdırır:

Seçilən
22
publika.az

1Mənbələr