AZ

Miloş Kerkez "Liverpul"un hədəfində

"Liverpul"un yaydakı əsas transfer hədəflərindən biri Miloş Kerkez olacaq.

İdman.biz xəbər verir ki, "qırmızlar" "Bornmut"un futbolçusu 40 milyon funtdan yuxarı büdcə ayıracaqlar.

Macarıstanlı müdafiəçi ilə "Real" və "Çelsi" də maraqlanır. "Alkmaar"da çıxış edən Kerkez hazırda "Liverpul"a idman direktoru işləyən Riçard Hyuza yaxşı tanışdır. Miloş da yayda komandasını tərk etməyə qarşı deyil.

Qeyd edək ki, o, 21 yaşlı futbolçu bu mövsümdə 27 oyunda 2 qol vurub və 4 ötürmə verib.

İdman.biz

Seçilən
45
idman.biz

1Mənbələr