AZ

Coşqun ehtiyatda qaldı, Vüsalın komandası qalib gəldi

Türkiyə I Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu dəfə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar qarşılaşıb. Coşqun Diniyevin formasını geydiyi “Çorum” evdə Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”a məğlub olub.

Diniyev bu matçda meydana çıxmayıb. Vüsal isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 82-ci dəqiqədə Kosta Aleksiçin yerinə meydana daxil olub.

Bu qələbədən sonra “Boluspor” 41 xalla 7-ci pilləyə yüksəlib. “Çorum” isə 39 xalla 10-cu yerə yuvarlanıb.

Türkiyə I Liqası

XXVIII Tur

5 mart

Çorum – Boluspor 0:2

Qollar: Ceferson, 56, O.Güçtekin, 80

Seçilən
17
futbolpress.az

1Mənbələr