AZ

Türkiyə bu il Türkmənistanla qaz sazişini imzalamağı hədəfləyir

Türkiyənin energetika naziri Alparslan Bayraktar çərşənbə axşamı "Hürriyet" qəzetinə bildirib ki, rəsmi Ankara Türkmənistanla təbii qaz tədarükü müqaviləsinin beş il müddətinə uzadılmasına dair razılaşmanı müzakirə edir.

Qəzet yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və vitse-prezident Cövdət Yılmazın Ankarada Türkmənistan rəsmiləri ilə görüşü planlaşdırılır.

Bayraktar bu ayın əvvəlində Türkiyə ilə Türkmənistanın türkmən təbii qazının Türkiyəyə tədarükü üçün müqavilə imzaladığını bildirib. Türkiyənin dövlətə məxsus boru kəməri operatoru “BOTAŞ” ilə Türkmənistanın “Türkmənqaz” şirkəti arasında imzalanan saziş üzrə İran üzərindən 1,3 milyard kubmetr qaz axınına martın 1-dən başlanılıb.

“Hürriyet” Bayraktarın sözlərini sitat gətirib: "Biz bunu uzunmüddətli etmək istəyirik. Uzunmüddətli bir mübadilə müqaviləsi hədəfimiz var. Biz bu il ərzində 5 illik svop müqaviləsinə qədər uzanacaq bir proqram üzərində işləyirik".

Türkiyə hər il 50 milyard kubmetrdən çox qaz istehlak edir və müxtəlif tədarükçülərdən mayeləşdirilmiş təbii qaz idxalı ilə yanaşı, Rusiya, Azərbaycan və İrandan nəql edilən qazın qarışığından istifadə edir.

Bayraktar bildirib ki, Türkiyə Somalidə quru bloklarında yeni neft və qaz kəşfiyyatı işləri də planlaşdırır. Türkiyə Şərqi Afrikadakı müttəfiqi ilə müqavilə çərçivəsində Somali sahillərində kəşfiyyat aparır.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr