Vaşinqtondan yeni təchizatlar gəlməsə, Patriot raketlərinin ehtiyatları həftələr ərzində tükənə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN televiziyası ukraynalı rəsmiyə istinadən məlumat yayıb.
Televiziya kanalı vurğulayıb ki, Kiyev administrasiyasının hazırda Patriot sistemlərini əvəz edə biləcək alternativi yoxdur.
Bildirilib ki, Kiyevin Amerika zenit sistemləri üçün nə qədər raket buraxdığı hələlik bəlli deyil.
Telekanalın məlumatına görə, hazırda Kiyev administrasiyasının ixtiyarında altı Patriot sistemi var.