AZ

Key Starmer və Emmanuel Makron Vladimir Zelenski ilə bərabər Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək

Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar.

Editor.az bildirir ki, bunu “The Daily Mail” diplomatik mənbələrə istinadən yazır. Onların fikrincə, görüş gələn həftə baş tuta bilər. Starmer və Makronun Ukrayna üçün sülh planı ilə “vahid cəbhə” təqdim etmək istədikləri deyilir. Nəşr planın təfərrüatlarını təqdim etmir. Britaniya hökumət mənbələri bildiriblər ki, London da Vaşinqtonu Kiyevə hərbi yardımı mümkün qədər tez bərpa etməyə inandırmaq üçün “bütün səviyyələrdə” səylər göstərir.

Xatırladaq ki, ABŞ Ukrayna prezidentinin fevralın 28-də Vaşinqtona səfəri zamanı Tramp və Zelenski arasında yaranmış mübahisədən sonra tədarükü dayandırıb. Onların görüşü mübahisəyə çevrilib və daha sonra Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fərqli mövqelərə görə vaxtından əvvəl başa çatıb. “Wall Street Journal” yazıb ki, ABŞ hərbi yardımı olmasa, Ukrayna ordusu yalnız yaya qədər döyüşə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
1
editor.az

2Mənbələr