AZ

Fənn olimpiadalarının final mərhələsinə Qarabağ bölgəsi üzrə 21 şagird vəsiqə qazanıb

Qarabağ Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 21 şagird respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonu üzrə 6, Bərdə rayonu üzrə 6, Ağcabədi rayonu üzrə 2, Füzuli rayonu üzrə 4, Şuşa rayonu üzrə 2, Tərtər rayonu üzrə 1 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə əldə edib.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Seçilən
32
2
yeniazerbaycan.com

3Mənbələr