AZ

“Həyat mənə ikinci şans verdi” – Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimli

Bu gün sizin qarşınızda çıxış etməyim bir möcüzədir, çünki həyat mənə ikinci bir şans verdi.

Teleqraf xəbər verir ki, bu sözləri AZAL-ın Aktauda qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli bu gün Heydər Əliyev Sarayında keçirilən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib.

O çıxışı zamanı, həmkarı Hökumə Əliyevanın etdiklərinin hamımız üçün qəhrəmanlıq nümunəsi olduğunu söyləyib.

“Soruşsanız ki, ölümlə üz-üzə qaldığım zaman nəyi anladım, cavabım belə olacaq: güclü olduğumu hiss etdim”, – A.Rəhimli bildirib.

Seçilən
25
millitv.net

1Mənbələr