AZ

Özündən 19 yaş kiçik modellə sevgilidir

Hollivud aktyoru Çenninq Tatum özündən 19 yaş kiçik modellə sevgilidir.

HİT.az xəbər verir ki, "People" nəşri mənbəərə istinadən yazıb.

Hollivud aktyoru Çenninq Tatum 25 yaşlı fransız-avstraliyalı model İnka Uilyams ilə dostları vasitəsilə tanış olub.

"Məlumata görə, Çenninqin hər şeyi qaydasındadır. İnka onu xoşbəxt edir. O, bu yaz aktrisa Zoi Kravits ilə başqa bir kino layihəsi çərçivəsində görüşəcək. Bu görüşün narahatlıq yaratmaması gözlənilir, çünki onlar münasibətlərini xoş notlarla bitiriblər", deyə mənbə bildirib.

Mənbə İnka Uilyamsı gözəl insan kimi xarakterizə edib və vurğulayıb ki, yaşının az olmasına baxmayaraq, daha yetkin təsir bağışlayır.

Ötən həftə 46 yaşlı Çenninq Tatum "Oskar" mükafatı öncəsi keçirilən "CAA" gecəsindən sonra İnka Uilyams ilə birlikdə görüntülənib. Aktyor modelin əlindən tutaraq hisslərini gizlətməyib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 30-da "People" nəşri Zoi Kravits və Çenninq Tatumun üçillik münasibətdən sonra nişanlarını pozduğunu və ayrıldıqlarını xəbər vermişdi. Aktyorların nümayəndələri bu barədə açıqlama verməkdən imtina etmişdilər. Yaxın günlərdə isə Zoi Kravits ayrılıq haqqında ilk dəfə danışıb.

"Mən birlikdə yaratdıqlarımızı sevirəm və ona qarşı çox isti hisslərim var. Hər şeyin baş verməsinə çox şadam. Bu yola birlikdə çıxdığımız üçün minnətdaram", deyə Kravits bildirib.

Samir

Seçilən
41
hit.az

1Mənbələr