Lautaro Martinez "Feyenoord"a qarşı oyunda yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz matçın 50-ci dəqiqəsində fərqlənməklə "İnter"in heyətində UEFA Çempionlar Liqasında ən çox qol vuran oyunçu olub. Klublararası qitə miqyaslı ən böyük turnirdə 18-ci dəfə rəqib qapısına yol tapmaqla Sandro Mazzolanı geridə qoyub.
Sıralamanın üçüncü pilləsində isə 14 qolla Adriano yer alıb.