AZ

KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Castin Trüdo ölkələrin idxal rüsumlarını tətbiq etməsindən bir gün sonra danışıqlar aparıblar.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Eleyna Trini sosial şəbəkədə Amerika administrasiyasının rəsmilərinə istinadən bildirib.

“Prezident Donald Tramp və Kanada Baş naziri Castin Trüdo dünən rüsumlar tətbiq edildikdən sonra söhbət ediblər”, – jurnalist yazıb.

Xatırladaq ki, ABŞ Administrasiyası martın 4-də Kanada və Meksikadan, demək olar, bütün idxala 25 % həcmində gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara tarifləri 10 %-dən 20 %-ə qaldırıb. Bundan sonra Kanada Baş naziri Castin Trüdo ABŞ-nin Kanada əleyhinə ticarət müharibəsi başlatdığını bildirərək, Ottavanın Vaşinqtona qarşı cavab rüsumları tətbiq etdiyini açıqlayıb. Onun sözlərinə görə, Kanada ümumi dəyəri 155 milyard Kanada dolları (107,4 milyard ABŞ dolları) olan Amerika mallarına 25 % həcmində tariflər tətbiq edəcək.

Seçilən
26
2
report.az

3Mənbələr