AZ

"Lill" forvardı Conatan David İngiltərəyə yollanmağa hazırlaşır

Bakı. Trend:

"Lill"in forvardı Conatan Davidin İngiltərəyə yollanmağahazırlaşdığı bildirilir.

Trend "The Sun"qəzetinə istinadən xəbər verir ki, kanadalı hücumçu "Arsenal"dantəklif alıb.

Forvard həmin təklifi dəyərləndirmək niyyətindədir. "Topçular"David üçün "Lill"ə təzminat ödəməyəcək. Bunun səbəbi, forvardınFransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başaçatmasıdır.

25 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 22 oyunda 13 qol vurub və3 asist edib. Conatan David 2020-ci ildə "Gent"dən "Lill"əkeçmişdi.

Seçilən
10
az.trend.az

1Mənbələr