1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanın Ararat rayonunun Burastan kəndində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, qəza dəmir yolu keçidində baş verib.
İrəvan-Yerasx marşrutu ilə hərəkət edən sərnişin qatarı VAZ markalı minik avtomobili ilə toqquşub.