AZ

Yevlaxda şagird özünü pəncərədən ATMAQ İSTƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünən Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi bacısı ilə əlaqə saxlamaq məqsədilə icazə alaraq sinifdən çıxıb və məktəbin üçüncü mərtəbəsindən özünü atmaq istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, təhsil müəssisəsinin əməkdaşları və şagirdin sinif yoldaşları hadisəyə vaxtında müdaxilə ediblər. Məktəbin psixoloqu şagirdlə söhbət aparıb. Şagirdin valideyni məktəbə dəvət edilib və onun psixoloji durumunun nəzarətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Daha sonra şagird valideyni ilə birlikdə evə yola salınıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Seçilən
36
4
oxu.az

5Mənbələr