AZ

Dahi, yoxsa səliqəsiz: Dağınıq masa nəyin göstəricisidir?

İnsanlar ümumiyyətlə 2 cür olur: masalarını təmiz saxlayanlar və onun vəziyyətinə əhəmiyyət verməyənlər.

News24.az xəbər verir ki, dağınıq stolun dahiliyin əlaməti olması fikri çoxdan mövcuddur.

Bununla belə, hətta araşdırmalar göstərir ki, iş masanızda dağınıqlıq faydalı ola bilər.

Təmizliyə isə üstünlük yaradıcılığı və düşüncələri inkişaf etdirə bilər. Ən azı, 2013-cü ildə “Psychological Science” jurnalında dərc olunan araşdırmanın müəlliflərinin gəldiyi nəticə belədir.

Psixoloq Ketlin Vos bildirib ki, əvvəllər sübut edilmişdi ki, təmiz mühit insanları yaxşı işlər görməyə sövq edir: onlar daha az cinayət törədirlər, zibil atmırlar və daha səxavətli olurlar. Amma onlar aşkar edib ki, xaotik mühitdə olmaq da dəyərli nəticələr verə bilər.

Vos və komandası iki fərqli ofis mühitində bir sıra təcrübələr apardılar: biri təmiz və səliqəli idi, digəri dağınıq və qeyri-mütəşəkkil görünürdü.

Birinci qrupdakı iştirakçılar daha çox xeyriyyəçilik üçün pul bağışlayır və daha sağlam qəlyanaltılar seçirdilər. Ancaq nizamsız bir mühitdə işləyənlər stolüstü tennis topundan istifadə etmək üçün yeni üsullar təklif etdikdə daha maraqlı və yaradıcı ideyalar irəli sürdülər.

Müasir iş dünyasında hər kəs innovasiya və yaradıcılığın əhəmiyyətindən danışır, lakin bu araşdırma göstərir ki, minimalizm buna mane ola bilər. Əlbəttə ki, təmizliyin öz faydaları var, lakin çox təmiz bir mühit ilham vermək üçün çox darıxdırıcı ola bilər.

Bu illər ərzində tədqiqatçılar müxtəlif xüsusiyyətləri və vərdişləri zəka səviyyələri ilə əlaqələndirdilər. Məsələn, tünd yumor, insanın çeynəmə səsindən qıcıqlanma və itlərdən daha çox pişik sevgisi yüksək İQ və yaradıcılıqla əlaqələndirilirdi. Həm də bu siyahıya idman sevgisini və hətta divanda tənbəlliyə meyli əlavə edə bilərsiniz, baxmayaraq ki, bu bir az ziddiyyətlidir. /medianews.az


Seçilən
19
news24.az

1Mənbələr