AZ

Kişi, oğurlanmış Tiffany sırğalarını polis onu həbs etməzdən əvvəl udub.

Florida ştatında oğru olduğu iddia edilən  bir şəxs, ötən həftə polis tərəfindən həbs edildiyini hiss edən kimi, dəyəri yarım milyon dollardan çox olan sırğaları udub.

Orlando polisi, 32 yaşlı Jaythan Gilder adlı adamı, Floridadakı "Tiffany & Co" şirkətinin işçilırinə "peşəkar idmançı"olduğunu deyərək yalan danışmaqda təqsirləndirilib. 

J.Gilderin daha sonra sırğaları oğurladığını və mağazadan qaçdığı iddia edildi.

Polis məmurlarl tərəfindən saxlanacağını anlayan Gilder dıəhal sırğalarla birgə digər əşyanı da udur və iddiaya görə , J.Gilder 769.500 dollar dəyərində 2 cüt sırğa və almaz üzüyü də oğurlamağa cəhd edib.

Cevik davranan polis oğrunun mədə və  qarın boşluğunu göstərən rentgen şəklini çəksiriblər. 

Lakın BBC- nin sualına Orlando polisi zinət əşyalarını alıb-almadıqlarını açıqlamayıb.

Polis həmçinin bildirib ki, J.Gilder daha əvvəllərdə həmin mağazadan oğurluq etdib və 2022- ci ildə Texas mağazasını qarət edib.

Yaxınlıqdakı Kolorado ştatında onun axtarışı üçün 48 ayrı həbs qərarı da mövcuddur.

Polis cənab Gilderi maska ilə quldurluq və birinci dərəcəli böyük oğurluqda ittiham edib, bu oğurluqda dəyəri 100,000 dollardan çox olan əşyalar yer alır. O, məhkəmədə günahkar olduğu sübuta yetirilənədək günahsız sayılır.

Rəxşəndə İkramlı

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Türkiyə və Azərbaycan arasında təbii qaz sazişi təsdiqlənib

Seçilən
57
ulusum.az

1Mənbələr