Bakı. Trend:
Laçın rayonu Qayğı qəsəbəsi ərazisində abadlıq işlərinəbaşlanılır.
Trend-in əldəetdiyi məlumata görə, abadlıq işləri çərçivəsində qəsəbə daxiliyolların cari təmiri və daxili işıqlandırma işləri həyatakeçiriləcək.
Məlumata görə, artıq bunula bağlı Laçın Rayon İcra HakimiyyətiBaşçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyibir müddət əvvəl sözügedən işlərin layihə-smeta sənədlərininhazırlanmasını yekunlaşdırıb.
Qurum qəsəbədə qeyd olunan abadlıq işlərini“Avtoyoltikintiservis” Məhdud Məsuliyyətli Cəmiyətinə (MMC) həvaləedib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 696,2 min manat ödənilib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəflibəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycanaqaytarılıb.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterrorəməliyyatlarından sonra isə Qayğı qəsəbəsi, Ağanus, Dəyirmanyanı,Ərəb, Malxələf, Məlikpəyə, Mığıdərə, Unannovu kəndləri yenidənAzərbaycanın suverenliyinə keçib.