AZ

Zelenski: Ukrayna və ABŞ-dəki komandalarımız görüşlərin keçirilməsi üzərində işə başlayıb

Zelenski paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verənləri dəyərləndirib.

"Ukrayna və ABŞ-dakı komandalarımız görüşlərin keçirilməsi üzərində işə başlayıb. Gələn həftə ilk nəticələri gözləyirik".

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski paylaşdığı videomüraciətdə deyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals arasında telefon danışığı olduğunu bildirən Zelenski, "Bu gün Ukrayna və ABŞ-dakı komandalarımız görüş keçirmək üçün işə başlayıb. Andriy Yermak və Mayk Vals danışıb, müsbət hərəkət var. Gələn həftə ilk nəticələri gözləyirik" deyə bildirib.

Ukrayna və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün sabah Brüsseldə keçiriləcək Avropa Birliyi Liderlər Zirvəsinə hazırlaşdıqlarını deyən Zelenski, "Hər kəs diplomatik hadisələrin nə qədər sürətlə inkişaf etdiyini görür" deyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da sosial media hesabından verdiyi açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Vals ilə telefon danışığı barədə məlumat verib.

 "Biz bu yaxınlarda komandalarımızla görüşdük və bu vacib işi davam etdirmək barədə razılığa gəldik" deyə Yermak bildirib.

Seçilən
33
operativmedia.az

1Mənbələr