AZ

Panama prezidenti Mulino: "Tramp yalan danışır"

Panama prezidenti Mulino "X" sosial media platformasında Trampın Panama kanalı ilə bağlı dediklərinə sərt reaksiya verib.

Prezident Tramp bir daha yalan danışır.

"Operativ Media" xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino ABŞ prezidenti Donald Trampın Panama kanalı ilə bağlı söylədiyi fikirlərlə bağlı "X" sosial şəbəkəsində yazıb.

Prezident Mulino, "Prezident Tramp bir daha yalan danışır. Panama kanalının geri qaytarılma prosesində olduğu iddiası tamamilə doğru deyil. Bu məsələ katib Rubio ilə görüşlərimizdə belə gündəmə gəlmədi. Panama və bütün panamalılar adından bu yeni həqiqət cəhdini və milli şərəfimizi yönəlmiş iddianı rədd edirəm" deyə bildirib.

Kanalın Panamaya aid olduğunu vurğulayan Mulino, "Hökumətlərimiz arasında əməkdaşlıq indiyə qədər olduğu kimi, qarşılıqlı maraq doğuran məsələlərdə aydın razılaşmalara əsaslanır. Bunun kanalın xilası və ya milli suverenliyimizə kölgə salmaqla heç bir əlaqəsi yoxdur. Panama kanalı panamalılara məxsusdur və Panama kanalı olaraq qalacaq" deyib.

Seçilən
36
operativmedia.az

1Mənbələr