AZ

Yaponiyada “Toyota” zavodunda partlayış olub, yaralananlar var

Bakı, 6 mart, AZƏRTAC

Yaponiyada Ayçi prefekturasında “Toyota” avtomobil şirkəti üçün komponentlər istehsal edən zavodda partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası (NHK) məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumatlara görə, sənaye tipli toztoplayıcılardan biri partlayıb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.

Seçilən
14
2
azertag.az

2Mənbələr