AZ

Meksika prezidenti Şeynbaum ABŞ-nin gömrük tariflərinə reaksiya verib

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Meksika idxalına 25% rüsum tətbiq etmə qərarına münasibət bildirib.

Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında danışan Şeynbaum ABŞ-nin Meksikadan idxal edilən məhsullara 25 faiz rüsum tətbiq etmə qərarını dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, Şeynbaum ölkəsinin kritik dönəmdə olduğunu qeyd edib.

Meksikanın heç bir ölkəyə təslim olmayacağını vurğulayan Şeynbaum, "Bazar gününə qədər bu prosesdə nələrin olacağına bağlı olaraq, Meksika üçün son dərəcə kritik bir dövrdən keçirik. Lazım gələrsə, suverenlik və ləyaqət çərçivəsində digər ticarət tərəfdaşları da axtarılacaq" deyə bildirib.

ABŞ prezidenti Donald Trampla telefon danışığına da toxunan Şeynbaum, "Mövcud şərtlər dəyişməzsə, Kanada və digər ölkələrlə yeni ortaqlıqlar quracağıq. Tariflər qüvvədə qalsa, ölkəmizin gələcəyi üçün mühüm qərarlar verməli olacağıq. Bunlar kritik qərarlardır. Çünki Meksikanın suverenliyini və müstəqilliyini müdafiə etməliyik" deyib.

Seçilən
39
2
operativmedia.az

3Mənbələr