AZ

Şəkərli diabet riskini azaltmağın sadə yolu

Şəkərli diabet riskini azaltmağın sadə yolu tapılıb.

Publika.az xəbər verir ki, İllinoys Texnologiya İnstitutunun alimləri gündə 1 ədəd təzə manqo yeməyin artıq çəki və xroniki iltihabı olan insanlarda insulin səviyyəsini əhəmiyyətli dərəcədə azalda və insulinə həssaslığı artıra biləcəyini sübut ediblər.

Bu tapıntılar 2-ci tip diabet riskini azaltmaq və ürək sağlamlığını yaxşılaşdırmaq üçün sadə pəhriz dəyişikliklərinin vacibliyini vurğulayır.

Tədqiqatın nəticəsi "Nutrients" jurnalında dərc olunub.

Tədqiqatda artıq çəkili və xroniki iltihab əlamətləri olan 20-60 yaş arası 48 nəfər iştirak edib.

Dörd həftə ərzində hər gün manqo yeyənlərdə insulin müqaviməti azalıb, mədəaltı vəzin funksiyası və bədənin qan şəkərinin səviyyəsini tənzimləmək qabiliyyəti yaxşılaşıb, qlükoza tolerantlıq testinə cavab olaraq insulin konsentrasiyaları azalıb.

Seçilən
15
1
publika.az

10Mənbələr