AZ

ABŞ qırıcısından Cənubi Koreyada yaşayış məntəqələrinə səkkiz bomba düşüb

Cənubi Koreyada keçirilən birgə təlimlər zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcı təyyarəsi səhvən Phoçhon şəhərində yaşayış məntəqəsinə 8 MK-82 bombası atıb...

Poliqon xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya hərbi mənbələrinə istinadən məlumatyayıb.

Agentliyin məlumatına görə, yeddi nəfər xəsarət alıb, onlardan dördü ağır bədən xəsarətləri alıb. Bir neçə yaşayış binası və kilsə də zərər görüb.

“Yonhap”ın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb və mülki şəxslərə dəyən zərərə görə üzr istəyib. Pentaqon hələlik vəziyyətlə bağlı rəsmi açıqlama verməyib.

Agentlik həmçinin Phoçhona atılan bombaların fotoşəkilini də yayımlayıb. Şəkildə yanında yerə səpələnmiş dağıntılar ilə ağır zədələnmiş ev göstərilir.

Cənubi Koreyanın hərbi qulluqçuları həmçinin agentliyə bildiriblər ki, Cənubi Koreya hərbi əməliyyatları Phoçhon şəhərindəki Sınçjin poliqonu ərazisində hava qüvvələri və quru qoşunları, eləcə də ölkədə yerləşən Amerika qoşunlarının iştirakı ilə keçirilir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr