AZ

Tramp Təhsil Departamentini ləğv etməyə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalamaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti departamentdəki məlumatlı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, sərəncam bu gün, martın 6-da imzalana bilər.

Sənəd layihəsində təhsil naziri Linda Makmahon idarənin “bağlanmasını asanlaşdırmaq üçün bütün lazımi addımları atmağı” tapşırır. Həmçinin qeyd olunur ki, bu halda “maksimum məqsədəuyğunluq və qanuniliyi” rəhbər tutmaq lazımdır.

Qəzet qeyd edir ki, bu təşəbbüs yanvar ayında Donald Tramp prezident vəzifəsinə başlayandan bəri inkişaf etdirilir. Fevral ayında WSJ yazmışdı ki, ABŞ prezidentinin komandası federal agentliklərin ixtisarı çərçivəsində bu imkanı müzakirə edir.

Qeyd edək ki, inauqurasiyadan sonra Tramp ABŞ hökumətində genişmiqyaslı islahatlar aparmaq niyyətində olduğunu açıqlayıb. ABŞ prezidenti milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentini yaradıb.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr