ÜTT, Kanadanın ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı ABŞ ilə mübahisəli məsləhətləşmə tələb etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Kanada iddia edir ki, ABŞ-nin ölkədən idxal etdiyi mallara 25% və enerji resurslarına tətbiq etdiyi 10% tarif 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin və ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin müxtəlif müddəalarına uyğun gəlmir.
ABŞ prezidenti Donald Tramp fevralın 1-də Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Kanadadan idxal edilən enerji qaynaqlarına 10 faiz daha aşağı tarif tətbiq edilib və sözügedən tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi bildirilib.
Fevralın 3-də Tramp Kanada və Meksikanın sərhəd təhlükəsizliyini artırmaq tədbirlərinə cavab olaraq tarifləri bir ay müddətinə dayandırıb.
Həmin müddət bitdikdən sonra ABŞ-nin Kanada və Meksikadan idxal edilən mallara tətbiq etdiyi 25 faizlik gömrük rüsumları dünən qüvvəyə minib.