AZ

Fransa, Britaniya və Ukrayna sülh planını tezliklə ABŞ-yə təqdim edəcəklər

Fransa, Britaniya və Ukrayna yaxın günlərdə ABŞ-yə təqdim etmək üçün sülh planını yekunlaşdırmağa çalışırlar...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb. Onların fikrincə, plan birinci mərhələdə qısamüddətli atəşkəs, uzunmüddətli perspektivdə isə Kiyev üçün geniş təhlükəsizlik təminatlarını nəzərdə tutur.

Diplomatlardan biri qeyd edib ki, planın həftələr deyil, günlər ərzində həyata keçirilməsi gözlənilir. Həmsöhbətlərdən biri vurğulayıb ki, təşəbbüsün məqsədi ABŞ və Ukrayna arasında “sağlam” dialoq qurmaqdır. Qeyd edilir ki, fevralın 28-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında baş verən münaqişədən sonra ölkələr arasında münasibətlər pisləşib.

Fransa prezidenti Emmanuel Makron martın 3-də Ukrayna ilə bağlı Fransa-Britaniya birgə planının hazırlandığını açıqlayıb. Makronun sözlərinə görə, plan Ukraynaya hərbi dəstəyi davam etdirməklə yanaşı, “havada, dənizdə və enerji infrastrukturu ilə bağlı bir aylıq atəşkəs”i nəzərdə tutur.

Bir gün əvvəl, martın 5-də isə Fransa prezidenti “kövrək atəşkəs” əleyhinə çıxış edib. Makron bildirib ki, Ukraynada sülh nəyin bahasına olursa olsun və Rusiyanın istəyi ilə bağlanmamalıdır. Makron həmçinin sülh sazişinin imzalanmasından sonra Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinin zəruriliyini bir daha vurğulayıb.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr