
Dərman qəbul edərkən bəzi qidalarla ehtiyatlı olmaq vacibdir, çünki onlar dərmanların təsirini azalda və ya yan təsirləri artıra bilər.

E-saglam.az bu barədə ətraflı məlumatı təqdim edir:
1. Qan təzyiqi dərmanları və kaliumla zəngin qidalar
Banan, bostan və tünd yaşıl yarpaqlı tərəvəzlər təzyiq dərmanları ilə birlikdə qəbul edildikdə bədəndə kalium səviyyəsini artıra və ürək ritmini poza bilər.
2. Qan durulaşdırıcılar və K vitamini ilə zəngin qidalar
Zoğal suyu, brokoli, kələm və ispanaq qan durulaşdırıcıların təsirini azalda bilər. Sarımsağın həddindən artıq istehlakı isə mədə qanaması riskini artıra bilər.
3. Xolesterin dərmanları və qreypfrut
Qreypfrut və qreypfrut şirəsi statin dərmanlarının udulmasını azaldır və qaraciyərə mənfi təsir göstərə bilər.
4. Antibiotiklər və süd məhsulları
Süd, pendir və digər süd məhsulları antibiotiklərin təsirini zəiflədə bilər. Bu qidaları antibiotik qəbulundan ən azı 2 saat sonra istehlak etmək tövsiyə olunur.
5. Antidepresanlar və emal olunmuş qidalar
Salam, qurudulmuş ətlər, banan, avokado və şokolad kimi tiramin ehtiva edən qidalar antidepresanlarla birlikdə qan təzyiqinin artmasına səbəb ola bilər.
6. Tiroid dərmanları və lifli qidalar
Qoz, kətan toxumu və digər lifli qidalar tiroid dərmanlarının sorulmasını azaldır. Dərmanı qəbul etdikdən sonra bu qidalardan uzaq durmaq məsləhətdir.
Dərman qəbul edərkən bu qidalarla ehtiyatlı olmaq müalicənin effektivliyini qorumağa kömək edər.
Tərcümə: Könül Oruc