AZ

Cənubi Koreya qırıcıları təlim zamanı yaşayış məntəqəsini vurdu

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı səhvən mülki yaşayış məntəqəsinə 8 bomba atıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Hadisə Kyonnggido şəhərindəki Pocheon Promotion poliqonunda baş tutan ABŞ-Koreya birgə təlimləri zamanı baş verib. 

Bombalar 7 şəxsi evə və kilsəyə ziyan vurub, 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti üzr istəyib və dəymiş bütün zərərləri ödəyəcəyini bildirib.

Gülayə Mecid

Seçilən
28
3
unikal.az

4Mənbələr