?Synergy CO? şirkətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, ?Synergy CO? QSC-nin vergi borcu 889 772.10 manatdır. Bu vergi borcu 05.03.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 2600 manatdır və qanuni təmsilçisi Rəşad Qurbanovdur. Təşkilati-hüquqi formasını dəyişərək ?Synergy CO? MMC-yə çevrildiyini elan edib.